Tanınmış hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunub. Bu barədə Turan agentliyinə Fransanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.
Bu yüksək mükafat Yunusa mayın 22-də axşam səfirliyin binasında təqdim ediləcək, Mükafatı xüsusi məsələlər üzrə səfir Fransua Zimere təqdim edəcək.
Yunus özü bildirib ki, bu mükafata insan hüquqlarının müdafiəsi işində xidmətlərinə görə layiq görülüb. Mükafata onu kimin təqdim etməsinə gəlincə, Yunus deyib ki, namizədliyi Azərbaycanda fəaliyyət göstərmiş Fransa diplomatları tərəfindən irəli sürülüb.
Mükafatlandırma haqqında qərara gəlincə, bu qərar artıq mükafata layiq görülmüş Legionerlər tərəfindən çıxarılıb.