Accessibility links

Leyla Yunus: Kürü diplomatiyasının qəhrəmanları [Video-Müsahibə]


Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla müsahibə
please wait

No media source currently available

0:00 0:07:36 0:00

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla müsahibə

“AŞPA-nın Azərbaycanda siyasi məhbuslar” məruzəsini qəbul etməməsi Azərbaycan hakimiyyətinə siqnal idi: “Gəlin tutun, siyasi məhbuslara divan tutun”.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə video müsahibəsində Avropa Şurasını kəskin tənqid edib. O, AŞPA-nın Azərbaycan üzrə məruzəçilərini “kürü diplomatiyasının qəhrəmanları” adlandırıb. Hüquq müdafiəçisi ölkədə repressiyaların artdığını deyib.

Müsahibədən seçmələri təqdim edirik:

Gəlin tutun, siyasi məhbuslara divan tutun.

- “Son dövrlər Azərbaycanda repressiyalar artıb”;

- “Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar” məruzəsini qəbul etməməsi Azərbaycan hakimiyyətinə siqnal idi: “Gəlin tutun, siyasi məhbuslara divan tutun”;

- “AŞPA-nın siyasi məhbuslar məruzəsini qəbul etməməsini Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov İlham Əliyevin qələbəsi adlandırdı”;

AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin hesabatı sadəcə “kağızdır".

- “İqtidar uzun müddət idi ki, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun, Hilal Məmmədovun, jurnalist Əvəz Zeynallının işini uzadırdı. İndi AŞPA-nın qərarından sonra onlara ən ağır cəza veriləcək. Artıq mülkiyyət hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Bəxtiyar Məmmədova 12 il həbs istənilib”;

- “AŞPA-nın Azərbaycan üzrə məruzəçilərinin hesabatı sadəcə “kağızdır”. Onlar Kristofer Ştrasserin siyasi məhbuslar barədə məruzəsinə qarşı çıxıblar. Onlar “kürü diplomatiyası”nın qəhrəmanlarıdır”;

Bizim vətənimiz işğal olunub. İndiki iqtidar özünü işğalçı kimi aparır.

- “Bizim vətənimiz işğal olunub. İndiki iqtidar özünü işğalçı kimi aparır”;

- “İqtidar vətəndaşlarla ancaq zorla danışır. Bir dəfə də dialoq aparılmayıb”;

- “Dinc nümayişlərin qarşısı işgəncə ilə alınır. Yazıçı kitab yazır. O da repressiyaya məruz qalır”;

- “Avropa Şurası Azərbaycan hakimiyyətinə adamları tutmaq üçün yaşıl işıq yandırıb. Amerika da susur. Çünki Əfqanıstandan ordunu Azərbaycan ərazisi vasitəsi ilə çıxarır. Tutatut gedəcək, repressiyalar davam edəcək”;

- “Bu iqtidar başqa üsul bilmir, ancaq vur-vurumdur”;

Mənim üçün aydındır ki, bu iqtidarın gələcəyi yoxdur. Mənim üçün Azərbaycanın gələcəyinin necə olacağı aydın deyil.

- “Mənim üçün aydındır ki, bu iqtidarın gələcəyi yoxdur. Mənim üçün Azərbaycanın gələcəyinin necə olacağı aydın deyil”;

- “İqtidar qorxur ki, siyasi müxalifət, vətəndaş cəmiyyəti təmsilçiləri vətəndaşlarla əlaqədə olsalar, kortəbii etirazları idarə edə bilərlər. Onun üçün rayonlara, regionlara gedənlərin qarşısını alırlar”;

- Faktiki ölkədə fövqəladə vəziyyətdir. Bu şəraitdə demokratik seçki mümkün olmayacaq”.

Müəllifdən: AŞPA-nın Azərbaycan üzrə məruzəçiləri bir neçə ay öncə Leyla Yunusun dediklərini təkizb edib. Onlar Azərbaycan üzrə monitorinqləri şəffaf apardığını və məruzələrinin reallığı əks etdirdiyini qeyd edib.

Öz növbəsində, rəsmi Bakı da ölkədə insan haqlarına əməl edildiyini və siyasi məhbusların olmadığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG