Accessibility links

Human Rights Watch: Azərbaycan insan hüquqlarının kobud şəkildə pozulduğu zona olaraq qalıb


Aksiya
Aksiya

Siyasi fəallar, müstəqil və müxalif jurnalistlər üçün mühit açıq-əşkar ədavətli olub. Hakimiyyət siyasi qisas aləti kimi həbslərdən istifadə edib və dinc nümayişləri zorla dağıdıb

Human Rights Watch təşkilatı 2012-ci ildə dünyada insan hüquqlarının vəziyyəti haqqında illik hesabatını açıqlayıb.

Müxalif “Azadlıq” qəzeti yüksək məhkəmə cərimələri ilə sıxışdırılır.

Azərbaycana həsr edilmiş hissədə deyilir ki, siyasi fəallar, müstəqil və müxalif jurnalistlər üçün mühit açıq-əşkar ədavətli olub. Hakimiyyət siyasi qisas aləti kimi həbslərdən istifadə edib və dinc nümayişləri zorla dağıdıb.

Hesabatda blogerlərin və jurnalistlərin: Bəxtiyar Hacıyev, Əvəz Zeynallı, Anar Bayramlı, Zaur Quliyev və Vüqar Qonaqov, Hilal Məmmədov, İdrak Abbasov, Xədicə İsmayılova və digərlərinin işlərinə də toxunulur.

Hökumət toplaşmaq azadlığını məhdudlaşdıraraq, dinc etirazları dağıdıb, bəzən isə bunun üçün güc tətbiq edib, iştirakçıları həbs edib.

Müxalif “Azadlıq” qəzetinin yüksək məhkəmə cərimələri ilə sıxışdırılmasından danışılır.

Hökumət toplaşmaq azadlığını məhdudlaşdıraraq, dinc etirazları dağıdıb, bəzən isə bunun üçün güc tətbiq edib, iştirakçıları həbs edib.

May ayında “Eurovision” müsabiqəsi ərəfəsində və müsabiqə zamanı polis Bakının mərkəzində bir neçə aksiyanı dağıdıb. Onlarla dinc nümayişçi döyülərək, avtobuslara doldurulub. Bir neçə saat sonra nümayişçilər azad olunub.

“Eurovision” müsabiqəsi ərəfəsində və müsabiqə zamanı polis Bakının mərkəzində bir neçə aksiyanı dağıdıb. Onlarla dinc nümayişçi döyülərək, avtobuslara doldurulub.

Noyabrda parlament icazəsiz etirazların təşkilinə və iştiraka görə sanksiyaları sərtləşdirərək, müvafiq olaraq 3 min manat və 1 min manat məbləğində cərimələr tətbiq edib.

Siyasi motivli ittihamlarla azadlıqdan məhrumetmə problemi qalmaqdadır. Avropa Şurası Parlament Assambleyasının komitələrindən birinin iyun (2012) məruzəsində Azərbaycanda 89 siyasi məhbus olması haqqında məlumat yer alıb.

Bu məruzə yayılmazdan bilavasitə əvvəl 9 nəfər prezidentin əvf fərmanı ilə azad edilib.

Siyasi motivli ittihamlarla azadlıqdan məhrumetmə problemi qalmaqdadır.

İşgəncə və pis rəftar cəzasızlıq mühitində davam etməkdədir. 2012-ci ildə saxlanma məntəqələrində 2 adam ölmüşdür. Həbsxanalarda müstəqil olaraq monitorinq aparan İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin verdiyi məlumata görə 2012-ci ilin ilk səkkiz ayında həbsxanalarda pis rəftar iddiası ilə bağlı təşkilata 136 şikayət ərizəsi daxil olub.

2008-ci ildən başlayaraq paytaxt Bakı şəhərinin yenidən qurulması ilə bağlı geniş proqramın icrasına başlamışdır. Bu proqramın icrası donəmində, hokumət yuzlərlə
Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur.

mülkü, xususilə orta sinfin məskunlaşdığı ərazilərdəki bina və evləri qanunsuz olaraq məcburi şəkildə ozgəninkiləşdirərək, o ərazilərdə parklar, yollar, ticarət mərkəzi və təmtəraqlı yaşayış binaları tikmək məqsədiylə ucurmuşdur. Evlərindən məcburi olaraq çıxarılan insanların aldıqları kompensasiya bir çox hallarda mövcud bazar qiymətindən çox aşağı olmuşdur. 2012-cidə Eurovison Musiqi Yarışmasının keçirilməsi üçün aparılan tikinti işləri sürətləndirilməsi yüzlərlə mülk sahibinə ziyan vurmuşdur.

Din azadlığının hökumət tərəfindən məhdudlaşdırılması 2012-ci ildə də davam edib. 2011-ci ilin dekabr ayında qanunvericiliyə edilən dəyişikliklər prezident tərəfindən imzalanıb. Bu dəyişikliklərə əsasən dövlət tərəfindən təsdiq edilməyən dini ədəbiyyatların qanunsuz nəşri, paylanması və idaxalı cinayət tərkibi daşıyır. Bu dəyişikliklərə qədər isə belə hallar inzibati xəta kateqoriyasına aid edilirdi.

Din azadlığının hökumət tərəfindən məhdudlaşdırılması 2012-ci ildə də davam edib.

Cinayət Məcəlləsinin yeni maddəsinə görə dini ayinlərin icrası adı altında ictimai asayişi pozan qrup yaratmaq qanuna uyğun olaraq cəzalandırılacaq.

Dini azadlıqların monitorinqi ilə beynəlxalq səviyyədə məşğul olan müstəqil Forum 18 adlı təşkilatın bildirdiyinə görə polis bir neçə evə daxil olaraq dini məsələlərlə bağlı reydlər aparıb.

Ölkənin cənubunda baş verən daşqınlardan ziyan çəkmiş insanların hüquqlarını qoruduqlarına görə Kür vətəndaş cəmiyyəti təşkilatının fəalı olan iki hüquq müdafiəçisi polis tərəfindən həbs olunub. 2012-ci ilin aprel ayında təşkilatın kordinatoru Oqtay Güləliyev xuliqanlıq ittihamı ilə həbs edilib. İyun ayında Güləliyev
Ölkənin cənubunda baş verən daşqınlardan ziyan çəkmiş insanların hüquqlarını qoruduqlarına görə Kür vətəndaş cəmiyyəti təşkilatının fəalı olan iki hüquq müdafiəçisi polis tərəfindən həbs olunub.

azad edilsə də cinayət təqibi hələ onun üzərindən götürülməyib. İyun ayında təşkilatın digər fəalı İlham Əmiraslanov həbs olunub. Sentyabr ayında məhkəmə Əmiraslanova qarşı sürülən qanunsuz silah saxlama adlı saxta ittiham əsasında onu 2 il azadlıqdan məhrum edib. Güləliyevin saxlanıldığı müddətdə pis rəftara məruz qalması haqda iddialar ümumiyyətlə araşdırılmayıb. Prokurorluq Əmiraslanovun iddia etdiyi pis rəftar faktlarıyla bağlı ilkin sorğusunu isə araşdırmaqdan imtina edib.

Göyçay rayonundan olan hüquq müdafiəçisi və bloger Taleh Xasməmmədov aprel ayında xuliqanlıq və dövlət məmuruna qarşı zorakılıq etmək maddəsi ilə 4 il azadlıqdan məhrum edilib. Xasməmmədov yerli hüquq mühafizə orqanları əməkdaşlarının daxil olduğu korrupsiya və hüquq pozuntuları iddiaları ilə bağlı aparırdığı araşdırmaları ilə tanınırdı.

2011-ci ilin mart ayında Ədliyyə Naziriliyi tərəfindən qeydiyyatına xitam verilən Beynəlxalq İnsan Hüquqları Evi şəbəkəsinin üzvü olan Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlı olaraq qalır.

Göyçaydan olan digər hüquq müdafiəçisi Vidadi İsgəndərov parlament seçkisiniə müdaxilə etmək adlı saxta ittihamla günahlandırılaraq 2011-ci ilin avqust ayında azadlıqdan məhrum edilib və hələ də dəmir barmaqlıqlar arxasındadır.

2011-ci ilin mart ayında Ədliyyə Naziriliyi tərəfindən qeydiyyatına xitam verilən Beynəlxalq İnsan Hüquqları Evi şəbəkəsinin üzvü olan Azərbaycan İnsan Hüquqları Evi hələ də bağlı olaraq qalır.

Avropa İttifaqi, Amerika Birləsmiş Ştatları və digər beynəlxalq və regional institutlar və tərəfdaşlar insan hüquqlarının durumuna görə Azərbaycanı tənqid etsələr də, hüquq pozuntuları ilə bağlı vəziyyətin konkret yaxşılaşdırılması məqsədi ilə siyasi təzyiq tətbiq etməyiblər və Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqələrini insan haqlarını yaxşılaşdırılması üçün şərtləndirə bilməyiblər.

Bir çox xarici ölkələrin hökumətləri və beynəlxalq təşkilatlar Macarıstandan Azərbaycana ömürlük cəzasının qalan hissəsini çəkmək üçün ekstradisiya edilən hərbçi Ramil Səfərovu əfv etdiyinə görə Prezident İlham Əliyevi tənqid ediblər. 2004-cü ildə Macarıstan məhkəməsi NATO-nun dəstəyi ilə Budapeşt şəhərində keçirilən bir treyninq zamanı öz erməni həmkarını qətlə yetirən Səfərovu azadlıqdan məhrum edib. Törətdiyi cinayəti etiraf edən Səfərov bildirmişdir ki, bu qətli törətməsinə onun qurbanının etnik kimliyi səbəb olub.

Avropa İttifaqı, Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatı və Amerikanın Bakıdakı səfirliyi jurnalist İdrak Abbasova qarşı törədilmiş hücumu tənqid edərək, Azərbaycan hökumətini bu hücumla bağlı çevik və hərtərəfli istintaq aparmağa çağırsa da, heç bir nəticəsi olmayıb.

Eurovision Musiqi Yarışmasının keçirilməsinə nəzarət edən Avropa Yayım Birliyi (AYB) Azərbaycanda söz azadlığının yaxşılaşdırmaqla bağlı açıq şəkildə öhdəlik götürsə də, ortaya ciddi prinsipial mövqe qoymaqdan imtina edib.

May ayında açıqlanan Yeni Qonşuluq Siyasəti hesabatında, Avropa Birliyi seçki prosesi üzrə, insan hüquqlarının müdafiəsi sahəsində və məhkəmələrin müstəqillyi ilə bağlı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini xüsusi vurğulayıb. Bu hesabatda ilk dəfə olaraq hökumət rəsmilərinə ünvanlanan konkret tövsiyyələr də yer alıb.

Eurovision Musiqi Yarışmasının keçirilməsinə nəzarət edən Avropa Yayım Birliyi (AYB) Azərbaycanda söz azadlığının yaxşılaşdırmaqla bağlı açıq şəkildə öhdəlik götürsə də, ortaya ciddi prinsipial mövqe qoymaqdan imtina edib. AYB həmçinin Eurovision Musiqi Yarışması ilə əlaqədar aparılan tikinti-infrastruktur işləri ilə əlaqədar evləri uçurulan ev sahiblərinə müvafiq uyğun kompensasiyaların verilməsini Azərbaycan hökümətindən tələb etməkdən də imtina edib.

Azərbaycan hökuməti komitənin siyasi məhbuslar üzrə təyin olunmuş məruzəçisi ilə əməkdaşlıqdan imtina edərək onun Azərbaycana gəlməsini əngəlləyib.

İyunun 26-da da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsi mühüm bir səsvermə ilə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul edib. Azərbaycan hökuməti komitənin siyasi məhbuslar üzrə təyin olunmuş məruzəçisi ilə əməkdaşlıqdan imtina edərək onun Azərbaycana gəlməsini əngəlləyib.

2012-ci ilin martında BMT-nin Uşaq Hüquqları Komitəsi yuvenal ədliyyə sisteminində çatışmazlıqlara və ailəsiz uşaqların təkmilləşdirilməsi üçün alternativlərin olmamasına görə Azərbaycanı tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG