Accessibility links

Milli Məclisdə siyasi məhbuslara əfv istənilib


Milli Məclis
Milli Məclis

Deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa və İqbal Ağazadə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə siyasi məhbusların əfv olunmasını təklif edib

Milli Məclisin dekabrın 21-də keçirilən plenar iclasında deputatlar Qüdrət Həsənquliyev, Fazil Mustafa və İqbal Ağazadə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə siyasi məhbusların əfv olunmasını təklif edib.

Q.Həsənquliyevin sözlərinə görə, Avropa Şurasının Parlament Assambleyasının qış sessiyası ərəfəsində bu təşəbbüs vacibdir. Belə ki, sessiyada Azərbaycanda siyasi məhbuslar məsələsi müzakirə olunacaq.

Onun fikrincə, ölkə rəhbərliyi Azərbaycana qarşı qərarların qəbuluna yol verməməlidir.
Hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Siyavuş Novruzovun sözlərinə görə, Azərbaycanda siyasi məhbus yoxdur.

“Hüquq-mühafizə orqanları “real” cinayətlər törədən müxtəlif müxalifət partiyalarının nümayəndələrini cinayət məsuliyyətinə cəlb etməkdə təqsirkar deyil. Beynəlxalq QHT-lər məhkəmənin qərarından xeyli əvvəl onları siyasi məhbus elan edirlər. Ermənistan və Gürcüstanla bağlı vəziyyət də yaxşı deyil, amma nədənsə onlara qarşı bu cür ittihamlar səslənmir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG