Leyla Yunus: Rejim özünü itirib
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Amerikanın Səsinə müsahibəsində Almaniyanın “Teoder Haker” (Theodor Haecker) adına beynəlxalq mükafatına layiq görülməsi və Fransanın Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunmasından danışıb. L.Yunus Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməkdə davam etdiyini bildirib. “Mükafatlar hüquq müdafiə fəaliyyətimə görə təqdim edilib və bu ölkədə insan hüquqları sahəsində vəziyyətin “qırmızı xətti” keçdiyini göstərir”, deyə o qeyd edib.
Episodes
-
Yanvar 23, 2025
Məhkəmə jurnalist Natiq Cavadlını ev dustaqlığına buraxmadı
-
Yanvar 23, 2025
"TikTok"un ABŞ-da mövcudluğu Prezident Trampdan asılıdır