Accessibility links

NİDA-çılar məhkəməyə ifadə verir


Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)
Gənc fəalların məhkəməsi (NİDA, Azad Gənclik)

Gənc fəallar ittihamı sübut edən dəlillər tələb edir

Yanvarın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə 7 NİDA fəalının və “Azad Gənclik” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Prosesdə təqsirləndirilən Rəşadət Axundova ifadə vermək təklif olunub. Lakin o, hazırkı mərhələdə ifadə vermək istəmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

Vəkil Rəşid Hacılı Amerikanın Səsinə bildirib ki, R.Axundov ibtidai istintaq zamanı verdiyi ifadələrində ona qarşı elan olunmuş ittihamları qəbul etmədiyini deyib.

Vəkilin sözlərinə görə Rəşadət Axundov ittihamların ona və həbs olan digər həmfikirlərinə heç bir aidiyyəti olmadığını, NİDA-ya qarşı təzyiq formasının bir hissəsi olduğunu deyib.

Axundov sərbəst ifadə verməsə də, məhkəmə iştirakçılarının suallarını cavablandırıb.

“İfadə verməkdən imtina etməyimin səbəbi var. Həm yoldaşlarımla həmrəylik nümayiş etdirirəm, həm də mən və bir neçə yoldaşım əlavə olaraq Cinayət Məcəlləsinin 220.1-ci maddəsi ilə - yəni kütləvi iğtişaşlar təşkil etmədə ittiham olunuruq. Bu ittihamın qondarma olması bir tərəfə, bunu sübut edəcək heç olmasa qondarma sənəd də yoxdur”, o qeyd edib.

Axundov bildirib ki, ittiham aktında göstərilən məqsədlə (10 mart aksiyası ilə bağlı) “Venesiya” kafesində heç vaxt toplaşmayıblar.
heç nəyi planlaşdırmayıblar.

“Kafe şəhərin mərkəzində yerləşir və hər tərəfdə müşahidə kameraları var. “Venesiya”da heç vaxt görüş olmayıb. Gətirin sübutlar, video görüntülər qoyun qarşıma, mən də deyim ki, cinayətkaram”, o məhkəmə heyətinə müraciət edib.

Axundov dövlət ittihamçısının NİDA və onun bu təşkilatdakı rolu barədə suallarının cavabında deyib ki, NİDA hər zaman dinc mübarizə yolunu seçib.

Məhkəmə yanvarın 9-da davam etdiriləcək.
XS
SM
MD
LG