Accessibility links

Həbsdə olan gənclər məhkəmədə ifadə verməkdən imtina edib


Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı
Zaur Qurbanlı, N!DA Vətəndaş Hərəkatı

Hakim NIDA-çı Zaur Qurbanlını ad günü ilə bağlı təbrik edib

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının üzvünün işi üzrə proses davam edib.

Bu gunkü prosesdə təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlı və “Azad gənclik” təşkilatının İlkin Rüstəmzadə ifadə vermək təklif olunub.Bu barədə Amerikanın Səsinə vəkil Rəşid Hacılı bildirib.

Zaur Qurbanlı da məhkəmədə sərbəst ifadə verməkdən imtina edib və bunu onunla əsaslandırıb ki, özünün və dostlarının həbsini siyasi sifariş adlandırıb.

“Özümü təqsirli bilmədiyim üçün ifadə vermirəm”, deyə o bldirib.

Daha sonra Zaur Qurbanlının istintaqa verdiyi ifadələsi elan olunub. İstintaq müddətində iki dəfə ifadəsi alınan gənc NİDA Hərəkatı, 10 mart aksiyası ilə bağlı dindirilib.

Məhkəmədə sərbəst ifadə verməkdən imtina edən Zaur Qurbanlı sonra vəkillərin və dövlət ittihamçısının suallarını cavablandırıb.

Zaur Qurbanlıdan sonra İlkin Rüstəmzadənin işinə baxılıb. O, da ittihamın mahiyyətinin aydın olmadığını, özünü təqsirkar bilmədiyini deyib.

Buna görə də ifadə verməkdən imtina edib. İstintaq müddətində o iki dəfə şahid, iki dəfə təqsirləndirilən şəxs qismində dindirilib.

İfadəsi elan olunduqdan sonra İlkin Rüstəmzadə prokuror və vəkillərin suallarını cavablandırıb.

Proses yanvarın 15-də şahid ifadələri ilə davam etdiiləcək.

NİDA üzvləri 2013-cü ilin mart-aprel aylarında həbs olunublar.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi fəalları qanunsuz olaraq partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində ittiham edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG