Accessibility links

NİDA-çıların məhkəməsində Nelson Mandela anılıb[Video]


Ümumdünya İnsan Hüquqları günündə NİDA hərəkatının məhkəməsində Nelson Mandela anılıb
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Gənc fəalların məhkəməsi

Ümumdünya İnsan Hüquqları günündə NİDA Hərəkatının fəallarının məhkəməsi davam edib. Gənc fəallar vicdan məhbusu kimi tanınıb

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatının üzvünün cinayət işi üzrə məhkəmə baxışı davam edib.

Bu günkü iclas vəkillərin gəlməməsi səbəbindən təxminən 40 dəqiqə təxirə salınıb.

NİDA üzvü Rəşadət Axundov məhkəməyə müraciət edərək İnsan Haqları Günü ilə əlaqədar bü günlərdə vəfat etmiş Nelson Mandelanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Daha sonra İlkin Rüstəmzadə şifahi vəsatət vermək istədiyini deyib. Hakim isə vəsatətlərin sonra veriləcəyini deyib.

Prosesdə təqsirləndirilən Bəxtiyar Quliyevin ibtidai istintaqa verdiyi ifadə elan olunub. Bu onunla əsaslandırılıb ki, təqsirləndirilənlər ifadə verməkdən imtina ediblər.

İfadə B.Quliyevin daha çox Harleme Shake videoçarxının kimə məxsus olduğu və necə çəkilməsi istiqamətində müstəntiqin verdiyi suallar əsasında olub.

B.Quliyev bildirib ki, ifadəsində qeyd edib ki, Youtube-da yerləşdirmə və montaj Mehman Hüseynova məxsusdur.

Məqsəd Azərbaycanda diqqəti cəlb etmək üçün maraqlı nə isə etmək idi.

İ.Rüstəmzadə isə klipi çəkənin yanında olub. Özü videoçarxa düşməyib.

O, həmçinin evində tapılan narkotik maddənin və “Molotov kokteyli”nin ona məxsus olmadığını, onlardan istifadə etmədiyini bildirib.

B.Quliyev elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini də qeyd edib.

Proses dekabrın 12-də davam edəcək.

NİDAçılar martın 10-da Bakıda Fəvvarələr Meydanında kütləvi iğtişaşlar hazırlamaqda ittiham olunurlar. Bundan əlavə, onlara qarşı qanunsuz silah və narkotik maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.

Gənclər Amnesty İnternatioanl beynəlxalq hüquq müdafiə təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG