Accessibility links

ABŞ səfiri daha çox aktivist və jurnalist azad ediləcəyinə ümid edir


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
ABŞ-ın Azərbaycandakı səfirliyi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfvi ilə bağlı bəyanat verib.

Bu barədə səfirliyin saytı məlumat yayıb.

"Biz Fərhad və Rafiq Əliyevlərin əfvi və azadlığa buraxılmasından məmnun olduq. Ümid edirik ki, Azərbaycan hakimiyyəti daha böyük siyasi meydan yaratmaq üçün daha çox aktivist və jurnalist azad edəcək."

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev prezident İlham Əliyevin oktyabrın 14-də imzaladığı növbəti əfv fərmanı ilə azad ediliblər.

Əfv olunacağı haqqında çox söhbət gedən keçmiş AXCP üzvü Daşqın Məlikovun adı isə əfv siyahısına daxil edilməyib.

İnsan Hüquqları Klubu Azərbaycanda 140 siyasi məhbusun olduğunu deyir.

Siyasi məhbuslar arasında 10 jurnalist və bloger - Fərəməz Allahverdiyev, Sərdar Əlibəyli, Nicat Əliyev, Pərviz Həşimli, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanov (Ağaiddin), Tofiq Yaqublu (Müsavat Partiyasının sədr müavini və eyni zamanda "Yeni Müsavat" qəzetinin əməkdaşı) və Əvəz Zeynallı, iki hüquq müdafiəçisi (İlham Əmiraslanov və Bəxtiyar Məmmədov), 11 gənc fəal, o cümlədən NİDA hərəkatının 7 üzvü var.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG