Accessibility links

Üzeyir Məmmədli: İttihamlar əsassızdır


Safarka Beledweyne ee Madaxweynayaasha Djibouti iyo Somalia.
Safarka Beledweyne ee Madaxweynayaasha Djibouti iyo Somalia.

NİDA-çıların məhkəməsi yanvarın 8-də davam edəcək

Dekabrın 26-da Bakı Ağır Cinayətlər məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə 7 NİDA fəalının və “Azad Gənclik” təşkilatının üzvünün işi üzrə növbəti iclas keçirilib.
Bu barədə vəkil Cavad Cavadlı Amerikanın Səsinə bildirib.

İclasda ilk öncə təqsirləndirilən şəxs Üzeyir Məmmədli ifadə verməkdən imtina edib.
Lakin o, hazırkı mərhələdə ifadə vermək istəmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.

O, bildirib ki, ibtidai istintaq zamanı bir dəfə şahid qismində ifadə verib. İki dəfə isə ona təqsirləndirilən şəxs qismində ifadə vermək təklif olunsa da, imtina edib.

Ü.Məmmədli 18 və 28 mart tarixlərində şahid qismində verdiyi ifadələrdə bildirib ki, iğtişaş yaratmaq və "Molotov kokteyli" kimi ittihamlar əsassızdır və bütün bunlar onların siyasi fəaliyyəti ilə bağlıdır.

Üzeyr Məmmədli 30 mart və 12 sentyabr tarixlərində ona ittihamlar irəli sürülüb.
Həmin tarixlərdə ifadə verməkdən imtina edib, özünü təqsirli bilməyib və ittihamlarla razı olmayıb.

Daha sonra proses iştirakçılarının suallarını cavablandıran Ü.Məmmədli bildirib ki, onlar ölkədə demokratik bir cəmiyyətin bərqərar olmasının tərəfdarıdırlar və bu yolda apardıqları mübarizə də yalnız dinc mübarizə formasıdır.

Məhkəmədə iştirak edən həlak olmuş əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov isə bildirib ki, həbs olunan şəxslərin heç bir günahı yoxdur:

“Əgər lazımdırsa bizi həbs edin. Bu uşaqlar əsgər ölümlərinə qarşı mübarizə aparıblar”, o məhkəməyə etiraz edib.

Hakim əsgər atasına xəbərdarlıq edərək bildirib ki, məhkəmədə icazəsiz danışmaq və qaydaları pozmaq olmaz

Növbəti proses yanvarın 8-də saat 10.30-da davam etdiriləcək.
XS
SM
MD
LG