Accessibility links

AXCP fəalı həbs edilib


Ceyhun Novruzov (Məndə: Sosial şəbəkə)
Ceyhun Novruzov (Məndə: Sosial şəbəkə)

Dekabrın 14-də Səabil Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Səbail rayon təşkilatının sədri Ceyhun Novruzovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə təqsirli bilərək 10 sutka inzibati həbsə məhkum edib.

Bu barədə AXCP məlumat yayıb.

Məlumatda deyilir ki, Ceyhun Novruzov dekabrın 13-də Səbail rayonu ərazisində polisin taksi sürücülərini cərimə etməsinə etiraz etdiyi səbəbindən saxlanılıb.

AXCP hesab edir ki, Novruzova verilən ittiham quramadır, o vətəndaşların hüquqlarını müdafiə etdiyi üçün cəzalandırılıb.

AXCP bildirir ki, il ərzində siyasi mövqeyinə, tənqidi çıxışlarına görə çoxsaylı fəalı inzibati qaydada həbs edilib. Hazırda bu partiyanın 5 fəalı inzibati həbsdədir, 12 fəalı isə cinayət məsuliyyəti ilə uzunmüddətli həbsə məhkum edilib.

Siyasi partiya fəallarının həbsinin ölkədəki “repressiya dalğası” ilə bağlı olduğunu bildirib.

Azərbaycan rəsmiləri ölkədə insanların iradəsinə görə təqib edilmədiyini, hamının qanun qarşısında bərabər olduğunu bildirir. Daxili işlər Nazirliyi isə siyasi partiya fəallarının bəyanatlarını özünümüdafiə məqsədi daşıdığını bildirir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG