Accessibility links

AXCP COP29-a qatılan Qərb liderlərini siyasi məhbusların azad edilməsini hakimiyyətin qarşısında qaldırmasını istəyir


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

“Ümid edirik ki, Qərbin COP 29-da iştirak edən nüfuzlu liderləri siyasi məhbusları azad etmək, repressiyaları durdurmaq və insan hüquqlarına hörmət etməklə bağlı Azərbaycanın beynəlxalq öhdəliklərini İlham Əliyevlə şəxsən müzakirə etmək imkanını dəyərləndirəcək və beynəlxalq ictimaiyyətin narahatlığını Azərbaycan hakimiyyətinin nəzərinə çatdıracaq.”

Bu baədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərmli Facebook səhifəsində bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, beynəlxalq ictimaiyyətin COP29 ərəfəsində ölkədəki 300 nəfərdən artıq siyasi məhbusu azad etmək çağırışını “Azərbaycan hakimiyyəti qulaqardına vurub”.

“İlham Əliyev hakimiyyəti beynəlxalq təşkilatlardan və mediadan çoxsaylı tənqidlər eşitsə də, siyasi məhbusları azad etmədi. Ancaq bu o demək deyil ki, beynəlxalq birliyin işi bitmişdir. Tam əksinə, demokratik ölkələrin COP29 tədbirlərində iştirak üçün gəlmiş təmsilçiləri Bakıda olduqları müddətdə, hər fürsətdə Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə çağırmalıdır”, o qeyd edib.

Bəyanatda deyilir ki, Azərbaycanın demokratik ictimaiyyətinin, xüsusilə COP29-da iştirak üçün Bakıya gəlmiş və gələcək nüfuzlu Qərb liderlərindən - Avropa İttifaqı Şurasının prezidenti Charles Michel , Böyük Britaniya Birləşmiş Krallığının baş naziri Keir Starmer, İtaliya baş naziri Giorgia Meloni və digər liderlərdən gözləntiləri var.

Azərbaycan iqtidarı ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bildirir və bu sahədə tənqidləri qəbul etmir. Ölkə rəhbərləri insanların qanun qarşısında bərabər olduğunu və bütün fundamental hüquqların tam təmin edildiyini bildirir.

Bununla yanaşı, ölkənin hüquq müdafiə təşkilatlarıının son hesabatında 314 siyasi məhbusun olduğu bildirilir.

Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, senatorlar, konqresmenlər Azərbaycanda haqsız yerə həbsdə olanların azad edilməsi barədə bəynatlarla çıxış edib.

Forum

XS
SM
MD
LG