Accessibility links

RSF və CPJ jurnalist Polad Aslanovun səhhətindən narahatdır


Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası
Dövlətə xəyanətdə ittiham olunan Polad Aslanovun işi üzrə növbəti məhkəmə iclası

Sərhədsiz Reportyorlar (RSF) Xəbərman.com saytının rəhbəri, Polad Aslanovun səhhətindən narahatdır.

Sərhədsiz Reportyorlar bəyantında deyir ki, jurnalistin hüquqlarının pozulmasına etiraz olaraq başlatdığı aclıq aksiyasının ikinci həftəsində səhhəti pisləşir.

“Hakimiyyət artıq tamamilə özbaşına şəkildə məhkum olunmuş Polad Aslanovu hədəf alır. RSF jurnalistin həyatını riskə atan qeyri-insani rəftarı pisləyir və Bakını ona tibbi yardım göstərməyə və fevralın 15-də keçiriləcək məhkəmədə mahiyyəti üzrə ədalətli mühakiməni təmin etməyə çağırır”, Şərqi Avropa və Mərkəzi Asiya nümayəndəliyinin rəhbəri Jeanne Cavelier deyib.

Öz növbəsində Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) Polad Aslanovun səhhətinin pisləşməsindən narahatlığını ifadə edib.

“Azərbaycanda həbsdə olan jurnalist Polad Aslanov aclıq aksiyasına başladıqdan sonra “cəza kamerasına salınıb. Gələn həftə Azərbaycanda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində CPJ Aslanov və həbsdə olan digər 13 azərbaycanlı jurnalistin azadlığa buraxılması üçün çağırışları davam etdirir”, məlumatda deyilir.

"Xeberman.com" saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İranın xeyrinə casusluq ittihamı ilə - Cinayət Məccələsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. O, 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları təkzib edir, xüsusi xidmət əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyib və onu azad etməyə çağırıblar.

Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

XS
SM
MD
LG