Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov etiraz olaraq beş gün quru aclıq etdikdən sonra istintaq təcridxanasından koloniyaya köçürülüb.
Fəalın üç il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm bu ilin sentyabrında qüvvəyə minsə də, Həsənovu təcridxanadan koloniyaya köçürməyiblər, onu yaxınları ilə üzbəüz görüşlərdən məhrum ediblər.
Dekabrın 5-də o, Umbakı penitensiar kompleksində aclıq elan edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, dekabrın 6-da şəhid ailələrinin nümayəndələri Penitensiar Xidmətə gedərək Həsənov üçün xahiş ediblər. Fəalın qardaşı İkinci Qarabağ Müharibəsində həlak olub.
Şəhid ailələrinin nümayəndələrini Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Fikrət Qafarov qəbul edib. Həmin gün Həsənov 2 saylı koloniyaya köçürülüb. Həsənovun yeni yerdən şikayəti yoxdur. Ona vəd ediblər ki, yaxın günlərdə yaxınları ilə görüşləri təmin ediləcək.
Bundan sonra dekabrın 9-da Həsənov quru aclığı dayandırıb.
Elnur Həsənov 28 noyabr 2023-cü ildə qanunsuz narkotik maddə alveri (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ittihamı ilə həbs edilib. Fəal hesab edir ki, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
Forum