Accessibility links

AXCP fəalına qarşı cinayət işi qaldırılıb


Sahib Məmmədzadə (Mənbə: Sosial şəbəkə)
Sahib Məmmədzadə (Mənbə: Sosial şəbəkə)

Martın 18-də saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadəyə qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində cinayət işi qaldırılıb.

Bu barədə Amerikanın Səsnə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Sahib Məmmədzadə saxlanılarkən onunla birgə olan bacısı Tacirə Məmmədzadə Amerikanın Səsinə deyib ki, Daşkəsən şəhərinin girəcəyində onların olduğu KAMAZ markalı yük avtomobili polislər tərəfindən saxlanılıb.

“Biz mal-qaramızı, yəni köçümzü Xoşbulaq kəndinə yaylağa aparırdıq. Bu zaman köçümüzü aparan KAMAZ markalı yük avtomobilini polislər saxladılar. Qardaşım şübhələndi və telefonunu mənə verdi ki, onu şərləyə bilərlər, baş verənləri çəkim. Oraya üç avtomobillə polislər gəldi. Üç nəfər mənim üzərimə cumdu, qalanı Sahibin üzərinə yeridi. Sahibi avtomobilə oturdub apardılar. Məni döydülər, telefonun kodunu tələb etdilər. Telefonun kodunu demədim. Həm də çəkiliş edə bilməmişdim. Telefonu aldılar. Onlar başıma, bədənimin müxtəlif yerlərinə zərbələr endirdilər. Bədənimin hər yerində qançır izləri indi də qalır”, o qeyd edib.

Tacirə Məmmədzadə: Polislər qardaşımı apardılar
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Öz növbəsdində, AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Məmmədzadənin saxlanılması siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, Sahib Məmmədzadəni zorakılıqla saxlayıb naməlum istiqamətə aparanlar “dövlətin güc və ya repressiya qurumlarıdır”.

“Hüquq müdafiəçiləri siyasi məhbusların yenilənmiş siyahısını yayıb. Azərbaycanda siyasi məhbusların sayı 288 nəfərə çatıb. Ölkəmiz dünyanın ən qeyri-demokratik, repressiv ölkələrindən birinə çevrilib. Cənubi Qafqazdakı qonşularımızın Avropa İttifaqı üzvlüyü yolunda olduğu bir zamanda bizim ölkəmizdə qeyri-sivil, orta əsrlərə yaraşan sərt repressiv rejim quranlar bu xalqın inkişafına və özünə qənim kəsilənlərdir. Tarix, indiki və gələcək nəsillər onları unutmayacaq. Onlar xalq qarşısında da, tarix qarşısında da məsuliyyətlərini daşıyacaqlar. Bizim bugünkü cari vəzifəmiz isə Sahib Məmmmədzadəyə, Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbuslara hamılıqla azadlıq tələb etməkdir”, o qeyd edib.

AXCP bildirir ki, hazırda bu partiyanın 11 nəfər fəalı həbsdədir. Məlumatda deyilir ki, hazırda AXCP fəalları Şahin Hacıyev, Elxan Əliyev, Zamin Salayev, Niyameddin Əhmədov, Pünhan Kərimli, Mütəllim Orucov, Aqil Hümbətov, Razi Alışov, Elbəyi Kərimov, Elnur Həsənov və Sahib Məmmədzadə həbsdədir.

Bununla yanaşı, rəsmi Bakı ölkədə siyasi məhbusların olmadığını bildirir, bu sahədə tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG