Accessibility links

AXCP üzvünün hazırlıq iclası keçirilib


Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)
Elbəyi Kərimli (Mənbə: Sosial şəbəkə)

AXCP üzvünün hazırlıq iclası keçirilib Yanvarın 12-də Bakı Ağır Cinayətlər məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Nemət Kərimli AXCP üzvünün məhkəməsi haqqında danışır
please wait

No media source currently available

0:00 0:01:04 0:00

Vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, məhkəmədə verilən vəsatətlər təmin edilməyib:

"Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur. Lakin əsas səbəb odur ki, hüquqlarını müdafiə etdiyim şəxs ötən ilin yay aylarında "28 May" parkında yerləşən Heydər Əliyevin heykəli üzərinə "Stalin" yazısı yazıb. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı 22-ci polis bölməsində fiziki zorakılıq göstərilib, işgəncələr verilmişdir. Bundan sonra o, belə deyək ki, cinayətini etiraf etmişdir. Bugünkü məhkəmə iclasında bir neçə vəsatət verildi. Elbəyi Kərimli barəsində seçilmiş həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı da vəsatət verdim. Lakin vəsatətlərin heç biri təmin edilmədi".

Növbəti məhkəmə iclası yanvarın 26-na təyin edilib.

Ötən ilin dekabrın 28-də keçirilən məhkəmə prosesində Kərimli bildirib ki, cinayət təqibinə etiraz olaraq dekabrın 27-dən istintaq təcridxanasında aclığa başlayıb.

AXCP bildirir ki, Elbəyi Kərimlinin avqustda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qanunsuz narkotik dövriyyəsində ittiham olunan Elbəyi Kərimli ittihamları qəbul etmir, əslində Heydər Əliyevin heykəlinə yazdığı üçün həbs edildiyini bildirir. AXCP də ittihamları rədd edir. Partiyadan bildirildiyinə görə, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb, daha sonra isə ona qarşı narkotik ittihamı irəli sürülüb.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Forum

XS
SM
MD
LG