Accessibility links

AXCP həbsdə olan fəalının fiziki təzyiqə məruz qaldığını bildirib


Elnur Həsənov (Mənbə: Ssial şəbəkə)
Elnur Həsənov (Mənbə: Ssial şəbəkə)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun fiziki təzyiqə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Həsənov yanvarın 25-də Bakının Xətai Rayon Polis İdarəsinə aparılıb.

"Orada 4 polis əməkdaşı onu səbəbsiz olaraq döyüb. Növbəti gün o, istintaq təcridxanasına qaytarılıb", AXCP-dən bildiriblər.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə deyib ki, müdafiə tərəfi prokurorluğa şikayət verəcək.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Elnur Həsənov noyabrın 28-də qanunsuz narkotik dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madddəsi) ittihamı ilə həbs olunub. O, ittihamı təkzib edib. AXCP fəalı hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisinin hərəkətlərini tənqid etməsidir.

Forum

XS
SM
MD
LG