Accessibility links

AXCP fəalı həbs edilib


AXCP
AXCP

Yanvarın 31-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənov Yasamal Rayon Məhkəməsi tərəfindən xuliqanlıq və polisə tabe olmamaq (İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri) ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki, Həsənov bu gün “Azərişıq” enerji şirkətinin ofisində saxlanılıb və oradan məhkəməyə aparılıb.

Həsənov yanvarın 26-da 85 yaşlı nənəsinin evində işığın kəsilməsi səbəbindən “Azərişıq” Sabunçu rayon idarəsinə gedib.

Həsənov emosional şəkildə etiraz edib ki, cüzi borca görə yaşlı qadının işığı kəsilib. Eyni zamanda o, hakimiyyətin siyasətini tənqid edib.

Ona vəd ediblər ki, nənəsinin evində elektrik enerjisi bərpa ediləcək, amma bunu etməyiblər.

Yanvarın 31-də Həsənov “Azərişıq”ın baş ofisinə gedib və orada mülki geyimli iki şəxs tərəfindən saxlanılıb.

“Görünür, Həsənov sosial şəbəkələrdə hakimiyyətin ünvanına kəskin tənqidi status yazdıqdan sonra onu izləməyə başlayıblar”, Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər.

Rəsmi qurumlar fəalın həbsi ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG