Accessibility links

Siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası - 17-ci gün


Müsavat Partiyasının qərargahında aclıq edənlər (Fotonu aclıq edən Ruslan Əmirov təqdim edib)
Müsavat Partiyasının qərargahında aclıq edənlər (Fotonu aclıq edən Ruslan Əmirov təqdim edib)

Yanvarın 21-də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyası 17 gündür davam etdirilir.

Bu gün 1 nəfər aclığı dayandırıb. Bu gün Müsavat Partiyasının qərargahında 9 fəal - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri İsmailəddin Qasımov, Şirvan Sultanov, Akif Ağayev, Ruslan Əmirov, Hicran Ağayev, Orxan Baxışlı , Elnur Həsənov, Tahir Həsənli və Asim Ağayev 13 gündür aclıq aksiyası keçirir.

Hazırda Tofiq Yaqublu, həyat yoldaşı Maya Yaqublu, Bəxtiyar Hacıyev də daxil olmaqla 12 fəal aclıq aksiyasını davam etdirir.

Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu Amerikanın Səsinə bildirib ki, 15 gündür aclığı davam etdirir.

"Bu gün kürəyimdə də kəskin ağrılar yaranıb. Mədəmdə, böyrəklərimdə kəskin ağrılar davam edir. Ağrılarımdan asılı olmayaraq sabah Tofiq bəy azadlığa buraxılanadək aclığı davam etdirəcəm", o qeyd edib.

Tibb elmləri doktoru Adil Qeybulla yanvarın 21-də Tofiq Yaqublunun qızı Nigar Həzi ilə birgə onunla görüşüb, müayinə edib. Nigar Həzi Amerikanın Səsinə deyib ki, atasının səhhəti ağır olaraq qalır.

“O halsızdır, çox arıqlayıb, başı gicəllənir. Atam faktiki olaraq 24-25 gündqr qida qəbul etmir. Aclıq elan etməmişdən öncə də qidalanmayıb”, o qeyd edib.

Yaqublu artıq 17 gündür aclığı davam etdirir.

İctimai fəal Bəxtiyar Hacıyev də aclığı 13 gündür davam etdirir.

Yanvarın 20-də vəkil Cavad Cavadov 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

“Biz, vəkillər aclığı dayandırmasını xahiş etsək də, Bəxtiyar Hacıyev ona qarşı haqsızlığa son qoyulanadək aclığı davam etdirəcəyindəı israrlı oldğunu bildirdi. Aclıq onun sağlamlığında bərpa olunmaz xətalar yarada bilər. Çünki Bəxtiyar gün-gündən zəifləyir. Son gündə bir kiloqramadək çəki itirib, qan təzyiqi 85/55-dir, nəbzi 66-dır, bədən temperaturu 36,1 selsidir.”

Vəkil Bəxtiyar Hacıyevə istinadən bildirib ki, o müəyyən mərhələdə quru aclığa da keçə bilər.

Öz növbəsində, Penitensiar Ximdətin İctimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Yanvarın 21-də Xətai Rayon Məhkəməsi müstəntiq həbs müddətinin 28 fevraladək uzadılması ilə bağlı vəsatətə baxılıb.

İndiyədək rəsmi qurumlar aclıq aksiyası keçirənlərin tələblərinə münasibət bildirməyib.

Tofiq Yaqublu dekabrın 23-də Bakının mərkəzində insan haqları fəalı Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq, həmçinin siyasi məhbuslara azadlıq tələbi ilə aclıq elan etdiyini bildirib. Sonra isə xəstəxanaya köçürülüb.

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Sonra ittiham daha da ağırlaşdırlıb və onu 3 ildədk həbs gözləyir. Amma özü ittihamı qəbul etmir.

Bəxtiyar Hacıyevin həbsi geniş tənqidlərə yol açıb. "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

"Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq", o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG