Accessibility links

AXCP fəalı saxlanılıb


Ramid Nağıyev (Mənbə: Facebook)
Ramid Nağıyev (Mənbə: Facebook)

Oktyabrın 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Binəqədi rayon təşkilatının sədri Ramid Nağıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında polis tərəfindən saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılıb.

Bu barədə AXCP-nin məlumatında deyilir.

AXCP Nağıyevin saxlanılmasının onun ölkə rəhbərlərini sosial şəbəkələrdə tənqid edən statusu ilə bağlı olduğunu güman edir.

AXCP bildirir ki, son günlər bu partiyanın sosial şəbəkələrdə tənqidi çıxışlarından sonra 7 fəalı inzibati qaydada həbs edilib.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi fəalın saxlanılması ilə bağlı hələ şərh verməyib.

Forum

XS
SM
MD
LG