Accessibility links

AXCP sədrinin mühafizəçisi həbs edilib


Kənan (Basqal) Zeynalov (Arxiv foto. Mənbə: facebook)
Kənan (Basqal) Zeynalov (Arxiv foto. Mənbə: facebook)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Kənan (Basqal) Zeynalov oktyabrın 5-də inzibati qaydada həbs edilib.

AXCP-dən Amerikanın Səsinə bildiriblər ki, Kənan Zeynalov əvvəl mülki geyimli şəxslər tərəfindən Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə aparılıb.

“Sonra isə Suraxanı rayon Məhkəməsi Kənan Zeynalovu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən (polisin qanuni tələbəinə tabe olmamaq) təqsirli bilərək 25 sutka inzibati həbsə məhkum edib".

AXCP Zeynalovun həbsinin siyasi motivli olduğunu bildirir.

“Mübariz, əqidəli cəbhəçi (AXCP üzvü-red), 1-ci Qarabağ savaşı qazisi, vətən torpaqlarının müdafiəsi zamanı ağır xəsarətlər almış, mənim ictimai əsaslarla mühafizəçim Kənan Basqal şərlənərək həbs edilib. Kənan bəy polisə müqavimət adı ilə şərlənib və inzibati qaydada 25 sutka müddətinə həbs olunub. Demişdik axı, millətin övladlarının qanı, canı bahasına əldə olunmuş hərbi qələbəni xalqın vətənpərvər, seçilmiş övladlarına qarşı repressiya fürsətinə çevirməyin”, AXCP sədri Əli Kərimli Facebook hesabında yazıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG