Accessibility links

AXCP fəallarının saxlanıldığı bildirilir


AXCP
AXCP

Sentyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qazax rayon Şöbəsinin fəalları Tahir Vəliyev, Fəzail Əliyev, o cümlədən Fəzail Əliyevin partiya üzvü olmayan oğlu Fərid Əliyev Qazax rayon Polis Şöbəsinə dəvət edilib.

Hazırda Qazax rayon Polis Şöbəsinin binasının qarşısında olan AXCP Ali Məclisinin üzvü Ramil Carçıyev Amerikanın Səsinə deyib ki, bir neçə saat polis şöbəsində saxlanıldıqdan sonra Tahir Vəliyev sərbəst buraxılıb.

“Polis şöbəsində Tahir Vəliyevlə ABA internet televiziyasına müsahibıəsindəki tənqidi fikirləri ilə bağlı söhbət aparıblar. O bildirib ki, tənqidi fikirlər söyləyib və fikirlərində hər hansı təhqir motivi olmayıb”, Carçıyev qeyd edib.

Carçıyevin sözlərinə görə, Fəzail Əliyev və oğlu Fərid Əliyev artıq 6 saatdan çoxdur polis şöbəsində saxlanılır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin qərb bölgəsi üzrə baş inspektoru Eşqin Qasımov Amerikanın Səsinin AXCP fəallarının saxlanılmasının səbəbləri ilə bağlı sorğusuna hələ cavab verməyib.

Forum

XS
SM
MD
LG