Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)
Elnur Həsənov (Hasan) (Mənb: Sosial şəbəkə)

Martın 19-da Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov Rayon Şöbəsinin fəalı Elnur Həsənov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı tədbiri ilə əvəzlənməsi barədə şikyətini təmin etyməyib.

Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil Nemət Kərimli bildirib ki, Həsənov barəsində ibtidai istintaq başa çatıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırlıq iclası martın 28-də hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Forum

XS
SM
MD
LG