Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib.
Müxalifətçi narkotik alveri ilə bağlı ittihamı rədd edib.
O həmçinin bildirib ki, proses başlamazdan əvvəl penitensiar xidmətin əməkdaşları onun məhkəmədə çıxış üçün hazırladığı mətni müsadirə edib.
Elnur Həsənov etiraz əlaməti olaraq quru aclıq aksiyasına başladığını bildirib.
Növbəti məhkəmə iclası mayın 3-nə təyin edilib.
Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Forum