Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gəncə şəhər şöbəsinin fəalı, iki il əvvəl Gəncədə həbs edilən Razi Alışovun məhkəməsi iyulun 22-də başa çatıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz satışı) təqsirli bilərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Hökmə əsasən, Alışov digər Gəncə sakini, 6 il 6 ay həbs cəzası alımış Vüqar Cəfərovla birlikdə narkotik maddə alverilə məşğul olub.
Lakin Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, Cəfərov psixi xəstəlikdən əziyyət çəkir və psixotrop dərmanlarla müalicə alır.
Alışov özü bildirib ki, onu uydurma və siyasi motivli ittihamla həbs ediblər. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasında qeyd ediblər ki, hazırda partiyanın digər üzvləri Şahin Hacıyev, Elnur Həsənov, Sahib Məmmədzadə, Mehman Əliyev narkotik maddə ittihamı ilə həbsdədir. Ümumilikdə, AXCP-nin 12 fəalı həbsdədir.
Onların hamısı hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıb.
Forum