Accessibility links

AXCP fəalı həbsxanada intihara cəhd edib


Elnur Həsənov (Mənbə: Sosial şəbəkə)
Elnur Həsənov (Mənbə: Sosial şəbəkə)

İyunun 21-də həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Elnur Həsənov həbsdə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında intihara cəhd edib.

Bu barədə vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib.

“AXCP Nərimanov Rayon Şöbəsinin fəalı Elnur Həsənov təcridxananın sanitar-tibb hissəsində pəncərə şüşəsini sındırıb, şüşə ilə damarını kəsərək özünə qəsd etməklə intihara cəhd edib. Həkimlərin müdaxiləsindən sonra həyatı üçün təhlükə sovuşub. Onun bədəninə beş tikiş qoyulub”, Nemət Kərimli Amerikanın Səsinə deyib.

Vəkilin sözlərinə görə, Elnur Həsənov 7 gün idi qanunsuz həbsinə, məhkəmənin əsassız uzadılmasına, məhkəmə zamanı işgəncə ilə üzləşməsinə etiraz olaraq quru aclıq aksiyası keçirirdi. Elnur Həsənov şəhid ailələrinin, AXCP rəhbərliyinin və ona görə təcridxanın önünə gələn partiya yoldaşlarının xahişini nəzərə alaraq bu gün aclığı dayandırıb”, o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmət Həsənovun durumu ilə bağlı yayılan məlumatlara hələ münasibət bildirməyib.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə narkotik maddələrin qanunsuz alveri ittihamı (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ilə həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Forum

XS
SM
MD
LG