Accessibility links

Azərbaycan Macarıstana 100 milyon kubmetr qaz ixrac edəcək


Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında müqavilə imzalanıb (Mənbə: SOCAR)
Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında müqavilə imzalanıb (Mənbə: SOCAR)

Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbayacan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Facebook hesabında yazıb.

"Bu gün Macarıstanın enerji təchizatının təhlükəsizliyi artıb. Etibarlılığı təmin etmək üçün mümkün qədər yeni mənbələr cəlb edilməlidir. Qafqazdan bizə ildə 2 milyard kubmetrə qədər qaz daxil olacaq. Bu uzunmüddətli müqavilə üçün əsas ola bilər", Siyarto bildirib.

Xatırladaq ki, bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, anlaşma memorandumu Azərbaycan və daha 5 ölkə arasında Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə İnfrastrukturun genişləndirlməsini nəzərdə tutur.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Ekspert bildirib ki, ötən il imzalanmış memoranduma uyğun olaraq qaz ixraçı 10 milyard kubmetr artırılaraq ildə 20 milyard kubmetrədək çatdırılacaq.

XS
SM
MD
LG