Accessibility links

Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Hikmət Hacıyev və Enrike Mora (Mənbə: Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyi)
Hikmət Hacıyev və Enrike Mora (Mənbə: Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyi)

Avropa İttifaqı (Aİ) və Azərbaycan ortaq maraqları və əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyi məlumat yayıb.

Müzakirələr Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında dördüncü Təhlükəsizlik Dialoqu çərçivəsində baş tutub.

"Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Mora iştirak edib. Tərəflər dialoq zamanı ortaq maraqları və əməkdaşlığın genişləndirilməsi, daha sabit region naminə birgə işləmək yollarını müzakirə ediblər", məlumatda deyilir.

2022-ci il iyulun 18-də Bakıda "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.

Sənəddə deyilir ki, Azərbaycandan qaz ixracı iki dəfə artırılacaq.

"Bu sənəd vasitəsilə Cənub Qaz Dəhlizinin genişləndirilməsinə sadiqliyimizi ifadə edirik. Bu layihə artıq Avropa İttifaqı üçün çox önəmlidir. Hər il ərzində 8 milyard kub metr qazı Avropaya ötürük, yaxın illərdə onun həcmini 20 milyard kub metrə çatdıracağıq. Gələn il həcmi 12 milyard kub metrə çatdıracağıq və bu, Rusiyadan kəsilən qazı kompensasiya etməyə və Avropanın enerji təminatına əhəmiyyətli töhfə verəcək", Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen qeyd edib.

Komissar, həmçinin humanitar əməkdaşlığın və Aİ-nin vətəndaş cəmiyyəti və müstəqil medianın dəstəklənməsində iştirakının zəruriliyini qeyd edib.

XS
SM
MD
LG