Accessibility links

Azərbaycan Avropa İttifaqı ilə hərtərəfli sazişi imzalayacağını bəyan edib - ekspert rəyi


Azərbaycan və Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb
Azərbaycan və Avropa Ittifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş imzalanıb

“2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli, yeni sazişin imzalanması mümkün olacaq”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Nazir deyib ki, 2021-ci ilin yay aylarında Azərbaycan tərəfi əsasən bir neçə açıq qalan mövzularla bağlı, sazişin ticarət hissəsinə aid olan fəslə uyğun mövqeyini Avropa İttifaqına çatdırıb.

“Bir neçə gün öncə Avropa İttifaqı Azərbaycanın mövqeyinə öz təklifini verib. Hazırda Azərbaycanda mütəxəssislər tərəfindən həmin sənəd öyrənilir. Hesab edirik ki, 2022-ci ildə bütün açıq qalan məsələlər üzrə işləri tamamlayaraq razılaşmaya gəlib və 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli sazişin imzalanmasına nail olmaq mümkündür,” o qeyd edib.

Bayramov eyni zamanda bir sıra istiqamətlər üzrə mövcud olan dialoqların inkişaf etdirilməsinin iqtisadi əlaqələrin daha da genişlənməsi üçün imkan yaradacağını bildirib.

“Bu gün Avropa İttifaqı bizim ən böyük iqtisadi tərəfdaşımızdır. Əlaqələrimiz inkişaf edir, müntəzəm müzakirələr aparılır,” nazir vurğulayıb.

Komissar Oliver Varhelyi Avropa İttifaqı üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib.

O, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyib. Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib.

Tərəflər, regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektorial əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıldığını bildirib.

Iqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib ki, Avropa İttifaqı ilə sazişin əsas elementlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsidir.

please wait

No media source currently available

0:00 0:02:57 0:00

“Avropa Birliyi bu məsələ ilə bağlı Azərbaycan tərəfinə müraciət də etmişdi ki, zatən Azərbaycan 1998-ci ildən Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır. Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq sazişin mühüm elementlərindən biri Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu məsələsi idi. Bundan başqa, ticarət müqavilələri bağlanarkən qarşılıqlı standartların tanınması, Azərbaycan məhsullarının Avropa standartlarına uyğun qablaşdırılması, markirovkası və bütün bu prosedur məsələləri Azərbaycan üzərinə öhdəlik kimi götürüb həll etməli idi. Avropa İttifaqı ilə hərtərəfli sazişdə ticarətdən başqa digər sahələrdə razılaşma əldə edilib,” ekspert qeyd edib.

Cəfərli deyib ki, əsas razılaşdırılmayan sahələr Ümumdünya Ticarət Təşkilatına üzvlük, standartlarla və hava məkanı, yəni Azərbaycanın öz hava məkanını xarici şirkətlərə açması ilə bağlı məsələlər idi.

“Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı güzəşt istəyirdi, yəni bu təşkilata 3 və ya 5 ildən sonra üzv olsun. Indi ola bilər ki, bu məsələlərlə bağlı ümumi razılıqlar əldə edilib.”

Ekspertin dediyinə görə, sazişin insan hüquqları və demokratik seçkilərlə bağlı hissəsi 2018-ci ildə razılaşdırılıb.

“Azərbaycan Avropa Şurasına qəbul zamanı da bu öhdəlikləri götürüb, ancaq kağız üzərində qalıb. Ölkə heç zaman deyə bilməz ki, demokratik seçki keçirməyəcək, insan azadlıqlarına hörmət etmir,” Cəfərli qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Avropa İttifaqı və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

Saziş əsasən siyasi, təhlükəsizlik, ticarət, iqtisadi və digər hissələrdən ibarətdir.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Avropa İttifaqı ilə Azərbaycan bu sazişi imzalamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG