Accessibility links

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir


Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir (Rəsmi foto)
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir (Rəsmi foto)

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları işinə başlayıb.

Tədbirlərdə Avropa Komissiyasının, Rumıniya, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukraina və Xorvatiyanın yüksək vəzifəli nümayəndələri iştirak edirlər.

Bundan başqa, iclaslarda SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe energetika şirkətləri təmsil olunur.

Maliyyə institutlarından Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digərləri iştirak edirlər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır.

"Bu, tamamilə realdır, belə ki, bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və yüksək səviyyədə qarşılıqlı etimadımız var”.

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclası keçirilir

O qeyd edib ki, iki il əvvəl Cənub Qaz Dəhlizi işə salınıb və hazırda onun genişləndirilməsi planlaşdırılır.

Xüsusən, TANAP qaz kəmərinin (16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər) və TAP qaz kəmərinin (10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər) gücünün artırılması imkanları nəzərdən keçirilir.

Əliyev 2022-ci ildə Bakıda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə birlikdə Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzaladığını xatırladıb.

"Bu, energetika sahəsində strateji tərəfdaşlıq haqqında gələcək planlarımız üçün yol xəritəsi olan bir sənəddir", prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycan qaz ixracını ildən-ilə artırır.

"2021-ci ildə ixracatımız 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təşkil edib, 2023-cü ildə 24,5 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır", o qeyd edib.

Xatırladaq ki, Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.

Tədbir “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi” və “Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması” mövzularında plenar sessiyalarında davam etdirlir.

Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsi də planlaşdırılır.

XS
SM
MD
LG