ABŞ Dövlət Katibinin Enerji Resursları Bürosu üzrə köməkçisinin müavini Laura Lokman Azərbaycanda səfərdədir. Onun səfəri fevralın 4-dək davam edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Laura Lokman hökumət rəsmiləri il görüşlər keçirəcək və IX Cənub Qaz Dəhlizi Nazirlər Şurasının iclasında iştirak edəcək.
"Xanım Lokman Dövlət Departamentinin Enerji Resursları Bürosunda Enerji Diplomatiyası komandasına rəhbərlik edir. O, Azərbaycanın enerji layihələrinə ABŞ-nin dəstəyini, eləcə də Cənub Qaz Dəhlizi də daxil olmaqla, Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə Azərbaycanın əhəmiyyətini müzakirə edəcək", məlumatda qeyd edilir.