Accessibility links

ABŞ-Azərbaycan logistika konfransı keçirilib


ABŞ-da Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” adlı ABŞ-Azərbaycan logistika konfransı keçirilib.
ABŞ-da Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” adlı ABŞ-Azərbaycan logistika konfransı keçirilib.

USAID və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə Merilend ştatının Baltimor şəhərində “Orta Dəhliz: Limanlar və Hava Yolu Yükdaşımaları Vasitəsilə İqtisadiyyatları Əlaqələndirir” adlı ABŞ-Azərbaycan logistika konfransı keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, Orta Dəhliz Mərkəzi Asiyadan Cənubi Qafqaza və Şərqi Avropaya tranzit marşrutdur.

“Azərbaycanın coğrafi mövqeyi, logistika infrastrukturu, limanı və hava yükdaşıma vasitələri Avropa və Asiya arasında mal və xidmətlərin tranziti üçün bu yeni imkan üçün çox vacibdir”, deyə məlumatda vurğulanıb.

Məlumatda qeyd edilir ki, konfrans Qlobal Palata və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ilə birgə təşkil olunub.

Konfransda USAID-in Avropa və Avrasiya üzrə Administrator müavininin köməkçisi Alexander Sokolovski, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev, TRACECA-nın Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Asset Assavbayev və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim iştirak ediblər.

ABŞ-ın işgüzar dairələri Azərbaycanın Orta Dəhlizdəki rolu, logistika sektorundakı nailiyyətlər, perspektivlər və gələcəyə baxış haqqında məlumat əldə ediblər.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Merilend Liman İdarəsi, Silk Way West Airlines, Boeing və digər aparıcı şirkətlərin nümayəndələri iki ölkə arasında logistika sahəsində əməkdaşlıq imkanlarını, pandemiyadan sonra logistika sektorunda perspektivlər və problemləri müzakirə ediblər.

XS
SM
MD
LG