Accessibility links

Azərbaycanın biznes nümayəndələri ABŞ-ın kənd təsərrüfatı məhsulları istehsalı və topdansatış müəssisələri ilə tanış olub


Azəbraycan biznesmenlərinin ABŞ səfəri (Rəsmi foto, mənbə USAİD)
Azəbraycan biznesmenlərinin ABŞ səfəri (Rəsmi foto, mənbə USAİD)

19 azərbaycanlı sahibkar, kiçik və orta biznes nümayəndələri, eləcə də kənd təsərrüfatı müəssisələrinin təmsilçiləri ABŞ Beynəlxalq İnkişaf Agentliynin (USAID) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə Vaşinqton ştatında dörd günlük Azərbaycan Kənd Təsərrüfatı Ticarət Missiyasında iştirak edib.

USAİD-in məlumatına görə, missiya yeni biznes imkanlarını araşdırmaq, iki ölkə arasında ticarət və investisiya əlaqələrini artırmaq və Amerikanın ən yaxşı kənd təsərrüfatı təcrübələrini öyrənmək məqsədi daşıyır.

Azərbaycan biznesmenləri ABÇ-ın Costco topdansatış şirkətində (Rəsmi foto, mənbə USAİD)
Azərbaycan biznesmenləri ABÇ-ın Costco topdansatış şirkətində (Rəsmi foto, mənbə USAİD)

Məlumatda deyilir ki, biznes nümayəndələri səfər zamanı dünyanın alma paytaxtı hesab edilən Wenatchee şəhərində Şimal-Qərb Bağçılıq Sərgisində olub. Amerika bağçılıq şirkətləri tərəfindən istehsal, saxlama, qablaşdırmadan daşınmaya, maliyyə və avtomatlaşdırmaya qədər tətbiq olunan yeni texnologiyalarla tanış olub.

İştirakçılar dünyada beşinci ən böyük pərakəndə satış şirkəti olan Costco-ya da səfər edib. Burada nümayəndə heyəti üzvlərinə qida məhsulları, bazarın tələbləri, qablaşdırma standartları və sertifikatlaşdırma tələbləri barədə məlumat verilib.

Onlar həmçinin ABŞ Kənd Təsərrüfatı Departamentinin Audit Yoxlama Proqramının təqdimatında iştirak ediblər. USAİD-in məlumatında deyilir.

XS
SM
MD
LG