Accessibility links

Azərbaycan Rumıniyaya bir milyard kubmetr qaz ixrac edəcək


Azərbaycan və Rumıniyaya qaz nəqlinə dair Saziş imzalayıb (Foto SOCAR-dır)
Azərbaycan və Rumıniyaya qaz nəqlinə dair Saziş imzalayıb (Foto SOCAR-dır)

Fevralın 3-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın Romgaz şirkəti 2023-2024-cü illərdə Azərbaycandan Rumıniyaya qaz tədarükü haqqında müqavilə imzalayıb.

"Fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 9-cu iclası çərçivəsində 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair Saziş imzalanıb", Dövlət Neft Şirkətinin məlumatında bildirilir.

Bu saziş SOCAR və Romgaz S.A. arasında 2022-ci ilin 19 oktyabr və 16 dekabr tarixlərində imzalanmış sənədlərin davamıdır.

"İmzalanmış sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və "yaşıl enerji" strategiyasına mühüm töhfə verəcək", SOCAR qeyd edir.

Rumıniya KİV-lərinin məlumatına görə, qaz nəqli haqqında müqavilə 1 aprel 2023-cü il tarixindən 1 aprel 2024-cü il tarixinə qədər etibarlı olacaq.

Azərbaycan artıq TAP boru kəməri ilə Avropa İtiifaqı ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz nəql edir və Rumıniya Avropaya ixracatın yeni ünvanı olacaq.

XS
SM
MD
LG