Accessibility links

Azərbaycanda İrandakı dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən 16 nəfərin saxlanıldığı bildirilir


Narkotik vasitələrin satışından maliyyələşərək Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətə cəlb edilən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı 16 nəfər tutularaq istintaqa təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti bildirib ki, saxlanılan şəxslər dini anlayışı olmayan narkotik aludəçilərini başqa-başqa şəxslərin əli ilə yardım adı altında əməkdaşlığa cəlb edərək narkotik vasitələrin satışını təşkil etməklə "kərimə dövlət"inin əlaqələrini dərinləşdirməyə çalışıb.

"Əsasən İrandan idarə edilən dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz niyyətlərinə alət etmək olub. Polis tərəfindən ifşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların pozuculuq fəaliyyəti haqqında sosial şəbəkə hesablarında xeyli inkarolunmaz faktlar var", məlumatda deyilir.

Mətbuat xidməti saxlanılan şəxslərin adlarını çəksə də, onlara qarşı hansı ittiham irəli sürüldüyü barədə məlumat yaymayıb.

Saxlanılan şəxslərin yaxınları və vəkilləri də hələ məlumatla bağlı şərh verməyib.

Bununla yanaşı hüquq-mühafizə orqanları son zamanlar İranın xetyrinə casusluğa cəlb ediməkdə günahlandırlan onlarla insanın saxlanılması barədə məlumatlar yayıb.

Yerli medianın məlumatına görə, "Kərimə dövləti" kimi xarakterizə edilən qurumun ideya müəllifləri istintaq orqanlarından qaçaraq hazırda İranda gizlənən Azərbaycan vətəndaşları Tohid İbrahimbəyli və Orxan Məmmədovdur.

Bu qurum Telegram kanalı vasitəsi ilə islam dinini, xüsusilə şiəliyi təbliğ edir.

Yerli media, həmçinin son günlər hər iki şəxsin İranda saxlanıldığı barədə məlumat yayıb. Bununla yanaşı, İranın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin Tohid İbrahimbəyli və Orxan Məmmədovun İranda saxlanılması barədə sorğusuna cavabda bildirib ki, İranın rəsmi qurumləri və şəxsləri Amerikanın Səsinə müsahibə vermir.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi İctimai Birliyinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, Azərbaycanda siyasi məhbus kimi tanınan 189 nəfərdən 118-i dindarlardır. Həsənovun dediyinə görə, həbs edilən dindarlar narkotik ittihamı ilə saxlanılır.

"Mətbuata əvvəlcədən açıqlama verirlər ki, narkotiklə həbs olunublar, amma İran casuslarıdır. Yəni heç bir istintaq olmadan, məhkəmə olmadan rəsmi orqanlar bunları əsassız olaraq bu qədər ciddi maddələrlə ittiham edirlər", hüquq müdafiəçisi qeyd edib.

Onun fikrincə, son siyahıya siyasi məhbus kimi əlavə olunan 89 nəfər şəxs məhkəməsiz, səbəbsiz, əsassız həbs olunanlardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG