Accessibility links

İranda həbsdə olan ABŞ vətəndaşı Baydendən azadlığa çıxmasına yardım etməsini xahiş edib


Siyamək Namazi
Siyamək Namazi

İranda casusluq ittihamı ilə həbsdə olan ABŞ vətəndaşı cümə axşamı Tehranın Evin həbsxanasından nadir müsahibə verib. O, ABŞ prezidenti Co Baydendən özünün və digər iki Amerika vətəndaşının azad edilməsini təmin etməsini xahiş edib.

Siyamək Namazi CNN-in müxbiri Kristian Amanpura telefonla verdiyi müsahibəsində “Cənab, günahsız amerikalıların həyatını və azadlığını bütün siyasətdən üstün tutmağınızı, bu kabusa son qoymaq və bizi evə qaytarmaq üçün lazım olanı etmənizi xahiş edirəm” deyib.

51 yaşlı Namazi həm öz adından, həm də iş adamı və ABŞ vətəndaşı 58 yaşlı İmad Şərqi və həm ABŞ, həm də Britaniya vətəndaşı 67 yaşlı ekoloq Murad Təhbazın adından danışıb.

Namazi 2015-ci ildə ABŞ prezidenti Barak Obamanın rəhbərliyi dövründə müzakirə edilən İran nüvə sazişinin həyata keçirilməsi ilə eyni vaxta təsadüf edən məhbus mübadiləsində İranın beş ABŞ vətəndaşını azad etməsindən yeddi il sonra, yanvarın 16-da Baydenə yazdığı məktubda oxşar iddia ilə çıxış edib.

"Ağ Evin vəziyyətimizin nə qədər ağır olduğunu başa düşməməsindən hələ də çox narahatam" deyib. O, Təhbaz və Şərqinin eyni yerdə saxlanıldığını bildirib. Namazi həbsinin əvvəlində aylarla kamerada qəfəsdə saxlandığını və quru yerdə yatdığını deyib.

Namazi həmçinin Baydenin onun ailəsi ilə "sadəcə onlara bəzi ümidverici sözləri vermək üçün" görüşməməsini "kədərləndirici və üzücü" adlandırıb.

Adının açıqlanmasını istəməyən Ağ Evin nümayəndəsi deyib ki, "İranın ABŞ vətəndaşlarını siyasi məsələlərdə istismara görə haqsız yerə həbsdə saxlaması biabırçı, qeyri-insani və beynəlxalq normalara ziddir".

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG