Accessibility links

2022-ci ildə İranda 582 nəfər edam edilib


İranda 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci illə müqayisədə 333 nəfər çoxdur. Bu barədə İran İnsan Haqları və "Ölüm Cəzasına Qarşı Birlikdə" təşkilatlarının birgə hesabatında deyilib.

Eyni zamanda, sənəd müəlliflərinin vurğuladığı kimi, 511 nəfər hökmünün səbəbi açıqlanmadan edam edilib və İran rəsmiləri tərəfindən yalnız 71 nəfərin edam hökmü ilə bağlı rəsmi məlumat verilib. Hüquq müdafiəçiləri həmçinin azı 16 qadın və üç azyaşlının edam edildiyini bildirib.

Azı 288 edam (ümumi edamların 49%-i) qətl ittihamı ilə bağlı olub ki, bu da son 15 ildə ən yüksək rəqəm sayılıb. Eyni zamanda, 2021-ci ildə analoji işlərdə 126 edam olduğu halda, narkotiklərlə bağlı cinayətlər üzrə azı 256 edam (ümumi edamların 44%-i) həyata keçirilib. Narkotiklərlə bağlı 256 edamdan yalnız 3-ü barədə açıqlama verilib.

Hesabat müəllifləri həmçinin "Allaha qarşı müharibə" ittihamı ilə çıxarılan 15 ölüm hökmü haqqında məlumat verildiyini bildirib. İnsan haqları müdafiəçilərinin qeyd etdiyi kimi, bu ittihamla İrandakı etirazların iki iştirakçısı və bir kürd siyasi məhbus edam edilib.

Hüquq müdafiəçiləri qeyd ediblər ki, İranda ölüm hökmünün artması bu cəza növünün yenidən İran rejimi tərəfindən öz hakimiyyətinin sabitliyini qorumaq üçün qorxu və repressiya vasitəsi kimi istifadə olunmasından xəbər verir.

Hüquq müdafiəçiləri onu da bildiriblər ki, 2023-cü ilin 3 ay yarımı ərzində İranda artıq 151 nəfər edam edilib.

İranda kütləvi etirazlar sentyabrın ortalarında, baş örtüyünü "səhv" örtdüyünə görə polis tərəfindən həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Etirazçılar onun qətlində polisi günahlandırıb. İranda iki ay davam edən etirazlar zamanı 300-dən çox insan ölüb, 15 minə yaxın insan həbs edilib.

Əmininin ölümü haqqında ilk məlumat verən iki jurnalist - Nilufər Hamidi və Elayə Məhəmmədi də ölüm hökmü ilə üzləşə bilər. İran hakimiyyəti onları dövlətə xəyanətdə və ABŞ kəşfiyyat orqanlarına işləməkdə ittiham edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG