Accessibility links

Yunis Səfərovun apellyasiya şikayəti təmin edilməyib


Yunis Səfərov
Yunis Səfərov

Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər merinə sui-qəsddə ittiham olunan Yunis Səfərovun və bu cinayətə bağlı digər 11 nəfərin cinayət işi üzrə proses başa çatıb. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

Aprelin 15-də keçirilən iclasda əsas fiqurant Səfərov çıxış edib.

O, öz günahını qismən etiraf edib, eyni zamanda bildirib ki, digər təqsirləndirilən şəxslərin cinayətdə əli yoxdur.

Səfərov qeyd edib ki, bütün müttəhimlərin “mütəşəkkil qrup” kimi təqdim edilməsi tamamilə əsassızdır.

Səfərov deyib ki, Gəncənin icra başçısına sui-qəsd onun şəxsi qərarı olub və bu planın həyata keçirilməsində ona heç kimin köməklik etməyib.

Səfərov törətdiyi cinayətin motivlərindən də danışaraq bildirib ki, bu addımı ona görə atıb ki, dövlət orqanları icra başçısı Elmar Vəliyevin özbaşınalığına reaksiya verməyiblər.

O, sui-qəsd cəhdini onunla izah edib ki, Vəliyev dindarları təqib edib, “ayaqqabı ilə məscidə girib və oradakı müsəlmanları təhqir edib”, şəhər administrasiyasına şikayətlərə gələn vətəndaşlara qarşı kobud rəftar edib.

“Məmur özbaşınalığı dövlətin orqanizmində olan xəstəlikdir. Müalicə edilmədikdə metastaz verir. Mən qanunu pozmuşam, amma qanunu pozan hər kəs cinayətkar deyil. Mən terrorçu deyiləm, heç nə partlatmamışam,” Səfərov bildirib.

Müttəhimlərin vəkilləri bildiriblər ki, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Öz növbəsində, məhkəmələrin qərarına heç bir rəsmi qurum şərh vermir. Bununla yanaşı, narazı tərəfin yuxarı məhkəmə instansiyasına, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək hüququ var.

2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və onun cangüdənini tapança ilə yaralayıb.

İyulun 10-da Gəncə administrasiyasının binası qarşısında şəhər sakinlərinin etiraz aksiyası təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki yüksək rütbəli polis zabiti öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər həbs edilib.

Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti mühakimə olunub.

Yunis Səfərov və digər fiqurantların məhkəməsi 2020-ci ilin yanvarında başlayıb. Həmin il avqustun 16-da məhkəmə Səfərovu ömürlük, digər müttəhimləri isə 18-20 il müddətinə azadlıqdan məhrum edib.

Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra qanuni qüvvəyə minir.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG