Azərbaycanda 38 sahədə 678 peşə və iş yeri üzrə qadın əməyinin tətbiqi qadağan edilir. Qadağalar əsasən qadınların sağlamlığına, xüsusilə reproduktiv sağlamlığına ziyan vurması, peşələrin və iş yerlərinin təhlükəli, ağır olması, böyük güc tələb etməsi ilə bağlıdır.