Heyvansevərlər Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər
İyulun 8-də bir qrup heyvansevər Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə etiraz aksiyası keçiriblər. Heyvan haqları müdafiəçiləri iddia edir ki, 1 iyul tarixində mərkəz tərəfindən Badamdar qəsəbəsi, İqor Ağayev küçəsindən götürülən Habi adlı it 1 həftədir ki, dəfələrlə müraciət etməklərinə baxmayaraq onlardan gizlədilir. Onlar Toplandan iti tələb etmək üçün mərkəzin önünə toplaşıblar. Heyvansevərlər 2 saata yaxın Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzinin önündə gözlədikdən sonra 12-ci bölməyə aparılıblar. Saxlanılanlar arasında Rüstəm İsmayılbəyli, Elxan Mirzəyev, Kamran Məmmədli, Nicat İsmayılov var. Toplan Sahibsiz İtlərə Qayğı Mərkəzindən onlarda belə bir məlumatın olmadığını bildirilib.
Episodes
-
Mart 13, 2025
Amerikada penni dövrü bitirmi?
-
Mart 12, 2025
Ukraynadakı müharibənin azərbaycanlı köçkünləri
-
Mart 11, 2025
Amerikanın cənubunda memarlıq yeni bir görkəm qazanır