Müharibə iştirakçıları nazirliyin önündə işsizlikdən şikayət ediblər
İyunun 1-də bir qrup Qarabağ müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qarşısında etiraz edib. Onlar bildirib ki, müharibədən qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Müharibə iştirakçılarının sözlərinə görə, iş üçün müraciət etdikləri yerlərdən müsbət cavab ala bilmirlər. Onlar qurumun etinasız münasibətindən narazılıq ediblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov Amerikanın Səsinə bildirib ki, hər 6 nəfərin şikayəti dinlənilib və onların işlə təmin edilməsi həyata keçiriləcək.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb