AXCP fəallarına hökm oxunub
İyunun 22-də Bakı Apelyasiya Məhkəməsində Orduya dəstək məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən üçüncü qrupun son məhkəmə iclası keçirilib. Məhkəmənin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ramid Nağıyev və İsmayıl Həsənova 2 il 6 ay sınaq müddəti olmaqla 4 il, Ceyhun Novruzovla Baba Süleymana 2 il 6 ay sınaq müddəti olmaqla 3 il 9 ay, Telman Seyfullaya 2 il 3 ay sınaq müddəti olmaqla 3 il 6 ay, Məhəbbət Nağıyevə 3 il sınaq müddəti olmaqla 3 il 2 ay, Gündüz Mirzəyevə 3 il sınaq müddəti olmaqla 3 il 1 ay, Fariz Məmmədova 3 il 9 ay sınaq müddəti olmaqla 2 il 10 ay şərti cəza təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb
-
Noyabr 26, 2024
Azərbaycanda icbari tibbi sığortanın vəziyyəti necədir?