Orduya dəstək yürüşü ilə bağlı həbs edilənlərə hökm oxundu
İyunun 14-də Orduya dəstək məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin son məhkəmə iclası keçirilib. Məhkəmənin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahim 3 il 6 ay sınaq müddəti olmaqla 4 il 1 ay 17 gün, digər Rəyasət Heyətinin üzvlərinə Fuad Qəhrəmanlı 3 il 6 ay sınaq müddəti olmaqla 4 il 1 ay 13 gün, Bəxtiyar İmanov və Ayaz Məhərrəmliyə isə 3 il sınaq müddəti olmaqla 3 il 7 ay 13 gün şərti cəza təyin olunub. Digər 8 nəfərə isə 2 il 6 ay sınaq müddəti olmaqla 2 il 7 ay şərti cəza təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb
-
Noyabr 26, 2024
Azərbaycanda icbari tibbi sığortanın vəziyyəti necədir?