Orduya dəstək yürüşü: "İndiyədək vəsatətimiz cəmi bir dəfə təmin olunub"
İyunun 1-də Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. Məhkəmədə AXCP üzvü, təqsirləndirilən şəxslərdən biri olan Baba Süleymanın səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb. AXCP üzvü, təqsirləndirilən şəxslərdən biri olan Telman Seyfullanın sözlərinə görə, bugünkü məhkəmədə ilk dəfədir ki, onların vəsatəti təmin edilib. Növbəti məhkəmə prosesi iyunun 8-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Noyabr 26, 2024
Rusiya Berlinin Almaniyada hərbi baza qurmasına etiraz edir
-
Noyabr 26, 2024
Tbilisidə ianə qutuları ilə ukraynalı qaçqınlara dəstək
-
Noyabr 26, 2024
Anar Məmmədli həbsdə saxlanılıb
-
Noyabr 26, 2024
Azərbaycanda icbari tibbi sığortanın vəziyyəti necədir?