"İstefa qışqırmaq cinayət deyil"
Mayın 24-də Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. AXCP Rəyasət Heyətinin üzvü, təqsirləndirilən şəxslərdən biri olan Fuad Qəhrəmanlı bildirib ki, məhkəmədə ittiham tərəfindən təqdim olunmuş video-süjetlərə baxış keçirilib. Videolarda aksiyadan və bəzi iştirakçıların Milli Məclisə daxil olma səhnələri göstərilib. Fuad Qəhrəmanlı deyir ki, onlar ittiham tərəfinin təqdim etdiyi görüntülərin təqsirləndirilən şəxslərə aidiyyəti olub olmadığını sübut etməsini xahiş ediblər. Onun sözlərinə görə, bu tələbə aydınlıq gətirilməyib. AXCP Rəyasət Heyətinin üzvü, təqsirləndirilən şəxslərdən biri olan Məmməd İbrahim bildirib ki, məhkəmədən onlara aidiyyəti olmayan video-görüntülərin sübutlar siyahısından çıxarılmasını tələb ediblər. Onun sözlərinə görə, məhkəmədə təqsirləndirilən şəxslərin vəsatətləri qəbul olunmur. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb