Orduya dəstək yürüşü məhkəməsində: "Məhkəmə əsəb gərginliyindən başqa bir şey deyil"
Mayın 25-də Bakı Apelyasiya Məhkəməsində "Orduya dəstək" məqsədilə keçirilən yürüşlə bağlı həbs edilən 12 nəfərin məhkəmə prosesi keçirilib. AXCP üzvü, təqsirləndirilən şəxslərdən biri olan Telman Seyfulla bildirib ki, bugünkü prosesdə 7 nəfər şahid dindirilib. Onun sözlərinə görə, şahidlər yenə də təqsirləndirilən şəxdləri tanımayıblar. Növbəti məhkəmə prosesi iyunun 1-ə təyin olunub. "Orduya dəstək" yürüşüylə əlaqədar həbs edilən 37 nəfərin işinə məhkəmə üç ayrı qrupda baxır. Onlar barəsində ev dustaqlığı qətimkan tədbiri tətbiq edilir və hər biri elektron bilərzik taxır.
Episodes
-
Yanvar 11, 2025
Qadın məhbuslar üçün aksiya keçirilir
-
Yanvar 11, 2025
Məktəblərdə yaradıcılıq kifayət qədər dəstəklənirmi?
-
Yanvar 10, 2025
Tofiq Yaqublunun məhkəməsində insident yaşanıb