Bəxtiyar Hacıyev bu ilin aprelin 21-də naməlum şəxslər tərəfindən oğurlandığını və fiziki zorakılığa məruz qaldığını bildirmişdi. Həmin məsələ ilə bağlı aprelin 25-də xuliqanlıq maddəsilə cinayət işi açılıb. İctimai fəal bildirir ki, o, istintaq hərəkətlərinin aparılmasından narazıdır.
İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ötən ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya və bir müddət sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pünhan Kərimlinin 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində yeniyetmə Sənay Yağmuru təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin işi üzrə məhkəmə prosesi keçirilib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində LGBTQI+ fəalı və jurnalist Əvəz Hafizlinin qətlində təqsirləndirilən Əmrulla Güləliyevin məhkəmə prosesi keçirilib. Məhkəmə qarşısında toplaşan fəallar Hafizlinin qətlinin nifrət cinayəti olduğunu və buna görə də onun qətlinin siyasi olduğunu deyirlər.
İyunun 17-də Almaniyadan Azərbaycana geri göndərilən, daha sonra ölkədə həbs olunan keçmiş mühacirlərin yaxınları Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər.
İyunun 13-də “Gənc Qazilər” İctimai Birliyi üzvləri və “Müdafiə Xətti” insan haqları təşkilatı ilə birgə keçirdikləri mətbuat konfransında İkinci Qarabağ Müharibəsində iştirak etmiş müharibə iştirakçılarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı narazılıqlarını dilə gətiriblər.
İyunun 13-də “Müdafiə Xətti” insan haqları təşkilatı Müsəlman Birliyi Hərəkatı ilə birlikdə həbsdə olan inanclı şəxlərin aclıq aksiyası ilə əlaqədar mətbuat konfransı keçirib. Aclıq edənlər arasında hərəkatın sədri Taleh Bağırzadə və digər üzvlər onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar.
Daha çox yüklə