Accessibility links

Azərbaycanda trans qadınların problemlərini əks etdirən film beynəlxalq festivalda nümayiş olunacaq


Dovşan getmək qərarına gəlir
Dovşan getmək qərarına gəlir

Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirən "Dovşan getmək qərarına gəlir" sənədli-eksperimental film beynəlxalq festivalda nümayiş olunacaq.

Sentyabrın 28-də Norveçin Oslo/Fusion Beynəlxalq Film Festivalında (Oslo/Fusion International Film Festival) dünya premyerası baş tutacaq. Filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuirlərin vəziyyəti barədə müzakirə təşkil ediləcək.

Bunny decide to go - poster
Bunny decide to go - poster

"Filmi çəkməkdə məqsədim ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir", Vüsalə Hacıyeva qeyd edib.

Onun sözlərinə görə, ev həmişə insanın komfort zonası olmur, hərdən cəhənnəmə də çevrilə bilir:

"Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə - Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və "sonra nə olacaq?" sualına cavab tapmalıyam", -deyə filmin sinopsisində qeyd olunur.

Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şairə və bloq yazarıdır. O, Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan "Transvisionary"nin həmtəsisçisidir.

XS
SM
MD
LG