Avropa İttifaqı sənədin imzalanmasını “Cənub dəhlizi”nin reallaşması istiqamətində mühüm addım adlandırıb
Prezident İlham Əliyev “Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” Sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Sənəd 2012-ci il iyunun 26-da İstanbul şəhərində imzalanıb.
Avropa Birliyi TANAP layihəsi ilə bağlı “Şahdəniz 2” və “Nabucco” konsorsiumları arasında saziş imzalanmasını alqışlayıb
Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottinger TANAP (Trans-Anadolu qaz boru kəməri) layihəsi ilə bağlı “Şahdəniz 2” və “Nabucco” konsorsiumları arasında saziş imzalanmasını alqışlayıb.
Cənab Ottinger sənədin imzalanmasını “Cənub dəhlizi”nin reallaşması istiqamətində mühüm addım adlandırıb.
“Azərbaycan və Türkiyənin TANAP sazişini ratifikasiya etməsi Azərbaycan qazının Avropaya nəqli üçün ixtisaslaşdırılmış infrastruktur yaratmağa imkan verəcək” o qeyd edib.
Türkiyə ərazisindən keçən TANAP layihəsinin tikintisinə 2013-cü ildə başlanacaq. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir ki, həmin vaxt ilk qazın nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetrin qazın 0 mlrd. Kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri Türkiyəyə veriləcək.
Hazırda layihədə iştirak payının 80%-i Azərbaycan Dövlət Neft Şirkətinə, 20%-i isə Türkiyəyə məxsusdur. Lakin Azərbaycan öz payından 29%-ni BP, “Statoil” və “Total” şirkətlərinə təqdim etmək niyyətindədir.