Accessibility links

SOCAR TANAP qaz kəməri layihəsi ilə bağlı planlarını açıqlayıb


TANAP
TANAP

“Şahdəniz” layihəsinin iştirakçıları – Britaniyanın BP, Norveçin Statoil və Fransanın Total şirkətləri rəsmi olaraq TANAP layihəsində iştirak məqsədilə Dövlət Neft Şirkətinə müraciət edib

Azərbaycan Dövlət Neft Şirkəti Transanadolu qaz kəməri layihəsində (TANAP) payının bir hissəsini kiminlə böləcəyini müəyyən edib. SOCAR prezidenti Rövnəq Abdullayevin mətbuat üçün bugünki bəyanatına əsasən, “Şahdəniz” layihəsinin iştirakçıları – Britaniyanın BP, Norveçin Statoil və Fransanın Total şirkətləri rəsmi olaraq TANAP layihəsində iştirak məqsədilə Dövlət Neft Şirkətinə müraciət ediblər.

Abdullayevin sözlərinə görə, SOCAR hazırki 80% payının 51%-ni özündə saxlamağı planlaşdırır. Lakin SOCAR rəhbəri 29% paketin şirkətlər arasında necə bölünəcəyini və hər-hansı şirkətin ümumiyyətlə TANAP Co boru kəməri şirkətinə daxil ola bilməyəcəyi ehtimalının olub-olmadığını dəqiqləşdirməyib.

Hər üç şirkətin SOCAR-ın “Şahdəniz” layihəsi üzrə əsas partnyorları olduğunu, habelə SOCAR-ın onlarla birlikdə Azərbaycan qazının ixrac qrupuna daxil olduğunu nəzərə alsaq, çox güman ki, BP, Statoil və Total TANAP Co-nun təsisçiləri sırasına daxil olacaq.

Uzunluğu 1700 km-dən çox olan boru kəmərinin buraxılış qabiliyyəti ilk mərhələdə 16 mlrd. kubmetr, daha sonra isə 22 mlrd. kubmetr təşkil edəcək. Boru kəmərinin tikintisinə 2014-cü ilin üçüncü rübündə başlanacaq və 36 ay sonra başa çatacaq. Layihənin ilkin dəyəri 8 mlrd. avrodur.
XS
SM
MD
LG